logo
Fəxrəddin Manafov: “Oslodakı Azərbaycan dili həftəsonu məktəbində məni ana dilimizdə salamladılar, qəhərləndim”

Fəxrəddin Manafov: “Oslodakı Azərbaycan dili həftəsonu məktəbində məni ana dilimizdə salamladılar, qəhərləndim”

Fəxrəddin Manafov: “Oslodakı Azərbaycan dili həftəsonu məktəbində məni ana dilimizdə salamladılar, qəhərləndim” Fəxrəddin Manafov: “Oslodakı Azərbaycan dili həftəsonu məktəbində məni ana dilimizdə salamladılar, qəhərləndim”

“1990-cı illərdən on il Slovakiyada yaşayan biri kimi qürbətin nə demək olduğunu bilirəm. Ona görə də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həyatı mənim üçün həmişə maraqlı olub”. Bu sözləri Norveçə səfəri ilə bağlı təəssüratlarını bölüşən Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov deyib.

O, qeyd edib ki, Norveç və onun paytaxtı Oslo həm də Nobel Sülh Mükafatının verildiyi məkan kimi onun diqqətini həmişə cəlb edib: “Bilirsiniz ki, digər sahələr üzrə Nobel mükafatları İsveçin paytaxtı Stokholmda, Nobel Sülh Mükafatı isə Osloda təqdim olunur. Alfred Nobelin mükafatı maliyyələşdirmək üçün ayırdığı vəsaitin çox hissəsi Bakı neftinin hasilatından əldə olunub. Bütün bu sadaladığım səbəblərdən Norveçdə yaşayan soydaşlarımızdan gələn dəvəti qəbul etdim və Diasporla İş üzrə Dövlət Komitəsinin də dəstəyi ilə Osloya yollandım”.

F.Manafovun sözlərinə görə, əslində Norveçdə yaşayan soydaşlarımız bir neçə ildir onu Osloya dəvət edirlərmiş: “Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin idarə heyətinin sədri Arzu Rzayeva hər dəfə Bakıya gələndə mənimlə görüşür, Norveçdə yaşayan soydaşlarımız adından məni ora dəvət edirdi. Nəhayət ki, bu səfər baş tutdu və mən ürəyi Vətən eşqi ilə çırpınan Norveçdəki soydaşlarımızın Azərbaycan üçün nələr etdiklərinə şahid oldum. Arzu xanımın, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Norveç üzrə əlaqələndiricisi, Norveç Azərbaycanlı Gənclər Təşkilatının (NAYO) təsisçisi, Oslo Azərbaycan Evinin sədri Ramil Əliyevin gördükləri işlərə də, özlərinə də, intellektlərinə də  heyran oldum. Maraqlısı bilirsiniz nədir? Soydaşlarımız məni evlərinə qonaq dəvət edirdilər, restorana yox. Bu da yəqin ki, milli mentalitetimizdən, xalq olaraq qonaqpərvərliyimizdən qaynaqlanır. Arzu xanımın həyat yoldaşı Nadir Rzayev musiqiçidir, pianoda Azərbaycan xalq mahnılarını, bəstəkarlarımızın mahnılarını ifa edirdi, biz də birlikdə oxuyurduq. Elə bilirdim Osloda yox, Bakıda evimdəyəm”.

Xalq artisti "Sehrli dünya" jurnalının redaktoru Gülzar İbrahimova ilə birlikdə Oslo Azərbaycan Evi, NAYO və Azərbaycan dili həftəsonu məktəbinin fəaliyyəti ilə də tanış olduğunu, oradan yüksək təəssüratlarla ayrıldığını vurğulayıb: “Mənə məlumat verildi ki, bu qurumların fəaliyyəti Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir. Fürsətdən istifadə edərək Komitəyə və şəxsən Fuad Muradova bu cür möhtəşəm işlər üçün təşəkkür edirəm. Məktəbin şagirdi olan azyaşlı soydaşlarımız məni ana dilimizdə salamladılar, qəhərləndim. Vətəndən uzaqda yaşayan, bəlkə də ayağı hələ Azərbaycan torpağına dəyməmiş balaca azərbaycanlılar mənimlə öz dilimizdə danışırdılar. Onların dərsinə qatıldım, əl qaldırıb müəllimə sual verdim. Sanki uşaqlığıma qayıtmışdım. 28 May – Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak etdik, Vətən müharibəsindəki tarixi qələbəmizin əhəmiyyətindən danışdıq. Kitabxana xüsusilə diqqətimi cəlb etdi. Orada həm Cümhuriyyət dövrünə, həm müasir tariximizə aid kitablar, həm də milli ədəbiyyatımızdan nümunələr vardı”.

Güney Azərbaycandan olan soydaşlarımızla da bir araya gəldiyini deyən F.Manafov göstərdikləri qonaqpərvərliyə görə Norveçdəki diaspor fəallarına minnətdarlığını bildirib: “Dövlətimiz də, Prezidentimiz də sağ olsun ki, məhz onların sayəsində milli bayramlarımızı dünyanın bütün ölkələrində qürurla qeyd edə bilirik”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media