logo
Milli Voleybol komandalarımız Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirdi

Milli Voleybol komandalarımız Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirdi

Milli Voleybol komandalarımız Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirdi Milli Voleybol komandalarımız Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirdi

Qadın və kişi voleybolçulardan ibarət milli komandalarımız 24-25 may tarixlərində Qızıl Avropa Liqasında növbəti oyunlarını keçiriblər.

Qadınlardan ibarət millimiz Rumıniyada təşkil olunan 2-ci turda meydan sahibi və İsveç yığması ilə qarşılaşıb. Hər iki oyunda rəqiblərimiz quru hesabla qalib gəliblər.

Kişilərdən ibarət komandamız isə 2-ci turun oyunlarını Belçikada keçirib. Ev sahibi ilə yanaşı, Şimali Makedoniya komandası ilə qarşılaşan millimiz hər iki oyunda 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qadınların yarışında növbəti turun ev sahiblərindən biri Azərbaycandır. Komandamız 31 may-2 iyun tarixlərində Bakıda təşkil olunacaq 3-cü turda Estoniya və Avstriya yığmaları ilə üz-üzə gələcək. Kişilərdən ibarət millimiz isə 3-cü turun oyunlarını Estoniyada keçirəcək. Meydan sahibi ilə yanaşı, Lüksemburq millisi komandamızın rəqibləri olacaq.

Qızıl Avropa Liqası

(#EuroLeagueW)

Qadınlar

II tur (Rumıniya)

Azərbaycan - Rumıniya 0:3 (19:25, 15:25, 10:25)

İsveç - Azərbaycan 3:0 (25:19, 25:19, 25:19)

(#EuroLeagueM)

Kişilər

II tur (Belçika)

Şimali Makedoniya - Azərbaycan 3:0 (25:17, 25:17, 25:18)

Azərbaycan - Belçika 0:3 (19:25, 16:25, 17:25)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin