logo
Paytaxt üzrə 35 məktəb PISA 2025-in sınaq mərhələsinə cəlb olunub

Paytaxt üzrə 35 məktəb PISA 2025-in sınaq mərhələsinə cəlb olunub

Paytaxt üzrə 35 məktəb PISA 2025-in sınaq mərhələsinə cəlb olunub Paytaxt üzrə 35 məktəb PISA 2025-in sınaq mərhələsinə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində PISA 2025-Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi keçirilir. Belə ki, sınaq mərhələdə seçmə üsulla müəyyənləşdirilmiş 35 ümumi təhsil müəssisəsinin hər birindən 64 şagirdin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, PISA 2025-in sınaq mərhələsi Təhsil İnstitutu tərəfindən təşkil olunur. PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media