https://innews.media/uploads/news/2024-05/_innews_798372f488f2a914434b601f4_o.jpg
24 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının 4-cü oyunu baş tutub.
"Sabah" və "Xəzri" komandaları arasında final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra oyunun sonlarında üstünlüyü ələ keçirən "Sabah", yekunda 74-69 hesablı qələbə qazanıb.
Bu qələbə ilə final seriyasında ümumi hesabı 3-1 edən "Sabah", arxa-arxaya ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion olub.
Final seriyasının ən dəyərli oyunçusu (MVP) "Sabah" klubundan Şirzad Sirzadov seçilib
Ən son xəbərləri səhifəmizdən də izləyin