logo
Dövlət Xidməti Rəqabət Məcəlləsinin tətbiqi barədə Vəkillər Kollegiyası ilə birgə seminar keçirib

Dövlət Xidməti Rəqabət Məcəlləsinin tətbiqi barədə Vəkillər Kollegiyası ilə birgə seminar keçirib

Dövlət Xidməti Rəqabət Məcəlləsinin tətbiqi barədə Vəkillər Kollegiyası ilə birgə seminar keçirib Dövlət Xidməti Rəqabət Məcəlləsinin tətbiqi barədə Vəkillər Kollegiyası ilə birgə seminar keçirib

Rəqabət qanunvericiliyinin tənzimlənməsi məsələləri müzakirə edilib, Məcəllənin tətbiqinin praktiki əsasları haqqında izahlar verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Rəqabət Məcəlləsində təsbit edilən yeni anlayışlara, bazar iştirakçılarının rəqabət nöqteyi-nəzərindən bazara olan tələblərinə, habelə Məcəllədə təsbit edilən əsas məqamlara dair növbəti maarifləndirici seminar keçirilib. Seminarda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 70-ə yaxın üzvü iştirak edib.

Seminarın keçirilməsində məqsəd Məcəllənin hüquqi əhəmiyyəti və rəqabət mühitinin qorunmasına dair qanunvericilik çərçivəsinin mahiyyətini izah etmək, habelə təmərküzləşmə əqdlərinə dair tələblər və Məcəllənin qəbul edilməsindən irəli gələrək ortaya çıxan yeni anlayışlar barədə vəkil və hüquqşünaslarda dolğun məlumatlılıq yaratmaqdır.

Dövlət Xidmətinin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev tədbirdə çıxış ediblər. Dövlət Xidmətinin nümayəndəsi Şəmsi Rzalı təqdimatla çıxış edərək 01 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin hazırlanması zərurəti, Məcəllənin strukturu, üstünlükləri, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media