logo
Şirvan şagirdləri üçün mükəmməl layihə - "Kiçik yazarlar"ln böyük istedadı

Şirvan şagirdləri üçün mükəmməl layihə - "Kiçik yazarlar"ln böyük istedadı

Şirvan şagirdləri üçün mükəmməl layihə - "Kiçik yazarlar"ln böyük istedadı Şirvan şagirdləri üçün mükəmməl layihə - "Kiçik yazarlar"ln böyük istedadı

Şirvan şəhərində şagirdlərdə yaradıcı keyfiyyətlərin artırılması, onlarda bədii təxəyyülün inkişafı və formalaşdırılması istiqamətində çox vacib layihə həyata keçirilib.

Təhsildə inkişaf və innovasiyalar üzrə Vll qrant layihə müsabiqəsinin qalibi "Kiçik Yazarlar " layihəsi Şirvan şəhərində təhsil alan lV sinif şagirdlərinin "Oxuyub- anlama" , "Nitq - ünsiyyət bacarıqları" və " Aktyorluq bacarıqları" nı inkişaf etdirmək üçün 3 istiqamətdə təlimlərə başlayıb.

Edupress.az xəbər verir ki, layihə 6 ay davam edib, seçimlərdən sonra 30 şagird 5 ay müddətində təlimlərə cəlb olunub. Layihə müddətində həm əylənmək, həm də öyrənmək şagirdlərdə yüksək motivasiya yaratmışdır. Eyni zamanda onların istedadları ortaya çıxmışdır.

Layihə təlimləri boyunca şagirdlər verilən mövzulara əsasən özlərindən hekayə yazmalı, səsləndirməli və personajları canlandırmalı idi.

Sonda isə hər bir şagirdin yazdığı hekayənin əks olunduğu kitablar çap olunmuşdur. Kitabımızla və hekayələrlə tanış ola bilərsiz.

Layihə rəhbəri Fidan Baloğlanova və Nitq təlimçisi Qönçə Ələkbərlinin birgə əməkdaşlığı çərçivəsində yazılan hekayələr animasiyalarla cizgi filmi formatında youtube kanalında yerləşdiriləcək.

Əlavə olaraq layihənin sosial şəbəkələrindən əlaqə saxlayaraq hekayə yazmaq bacarığı olan şagirdlər də öz hekayələrini təqdim edərək cizgi film kimi izləmə şansı qazana biləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media