logo
Millimizin Slovakiya ilə Oyunundan Məğlubiyyətlə Ayrıldı

Millimizin Slovakiya ilə Oyunundan Məğlubiyyətlə Ayrıldı

Millimizin Slovakiya ilə Oyunundan Məğlubiyyətlə Ayrıldı Millimizin Slovakiya ilə Oyunundan Məğlubiyyətlə Ayrıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb. Komandamız Xorvatiyada təşkil olunan 1-ci tur çərçivəsində Slovakiya yığması ilə üz-üzə gəlib. Dünən meydan sahibinə qalib gələn millimiz bu görüşdə 1:3 hesabı ilə məğlub olub. Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan komandamız 1-ci turu 3 xalla başa vurub.

Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 24-26 may tarixlərində Rumıniyada təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz meydan sahibi və İsveç yığması olacaq.

Qızıl Avropa Liqası (#EuroLeagueW)

Qadınlar

I tur (Xorvatiya)

Azərbaycan – Xorvatiya 3:0 (25:19, 25:19, 25:22)

Slovakiya - Azərbaycan 3:1 (21:25, 25:20, 25:16, 25:19)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin