logo
 Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı

Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı

Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı. 1-ci turun oyunlarını Xorvatiyada keçirən yığmamız ilk qarşılaşmasında ev sahibini məğlub edib.

Görüşə daha yaxşı başlayan Faiq Qarayevin yetirmələri birinci setdən 25:19 hesablı qələbə ilə ayrılıblar. Üstünlüyünü sonadək qoruyan komandamız növbəti hissələri də 25:19 və 25:22 hesabları ilə aktivinə yazdırıb. Beləliklə, Xorvatiya yığmasını 3:0 hesabı ilə məğlub edən millimiz Qızıl Avropa Liqasına qələbə ilə başlayıb.

Qeyd edək ki, növbəti oyunumuz sabah Slovakiya yığmasına qarşı olacaq.

Qızıl Avropa Liqası

I tur (Xorvatiya)

Qadınlar

17 may

Azərbaycan – Xorvatiya 3:0 (25:19, 25:19, 25:22)

18 may

17:00 Slovakiya - Azərbaycan

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin