https://innews.media/uploads/news/2024-05/_innews_9b2e9a31550b12637069fe53d_o.jpg
Almaniyanın Münster şəhərində Avropa Azərbaycan Mərkəzi tərəfindən təşkil edilən həftəsonu məktəbində, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyini anmaq məqsədilə uşaqlara xüsusi bir dərs keçirilib.
Dərsin əvvəlində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavinləri Sərdar Əliyev, Elgiz Haqverdiyev, idarə heyətinin üzvləri İradə Əliyeva və Vüqar Cəfərov çıxış ediblər. Çıxışçılar Ulu Öndərin həyatından, liderlik qabiliyyətlərindən, dövlətçilik prinsiplərindən və Azərbaycan tarixindəki rolundan danışıblar.
Uşaqlara Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanılmasında, möhkəmləndirilməsində və dövlətin inkişafındakı xidmətləri haqqında geniş məlumat verilib. Heydər Əliyevin həyatından bəhs edən, uşaqlar üçün xüsusi hazırlanmış kitablar təqdim edilib.
Avropa Azərbaycan Mərkəzinin təşkil etdiyi bu dərs Ulu Öndərin əziz xatirəsinin vətəndən kənarda da yaşadılması, onun ideallarının gələcək nəsillərə ötürülməsi, uşaqlara Azərbaycan tarixinin öyrədilməsi baxımından əlamətdar olub.