https://innews.media/uploads/news/2024-05/_innews_6ab69ccffb9d83dc8ac6db01f_o.jpg
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün hazırlıqlarını davam etdirir.
innews.media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlim-məşq toplanışında legioner həyatı yaşayan bəzi oyunçular yer almayıb. Əvəzində isə düşərgəyə gənc voleybolçular cəlb olunublar.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv mayın 9-da hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.