logo
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

innews.media Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki,  DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etmişlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  101-ci ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunmuşdur.

Yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxmış, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdirmişlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media