logo
Şahin Bağırov voleybol millisinin üzvləri ilə görüşüb

Şahin Bağırov voleybol millisinin üzvləri ilə görüşüb

Şahin Bağırov voleybol millisinin üzvləri ilə görüşüb Şahin Bağırov voleybol millisinin üzvləri ilə görüşüb

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasına hazırlıqlara start verən qadınlardan ibarət millimizlə görüşüb. Ş.Bağırov voleybolçularımızla söhbət edib, onların səhhəti ilə maraqlanıb. Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Federasiya rəhbəri millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını bildirib, voleybolçularımıza yarışda uğurlar arzulayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin