https://innews.media/uploads/news/2022-08/_innews_f60745637d0cb6172b2175d04_o.jpg
26-30 Oktyabr tarixlərində Türkiyənin Konya şəhərində Yeniyetmə və Gənclərin Dünya çempionatına hazırlıq işləri davam edir.
Bu məqsədlə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında yekun seçim mərhələsi keçirilib. Müxtəlif seçim formatlarından istifadə etməklə ayrı-ayrı yaş qrupları və çəki dərəcələri üzrə fərqlənən karateçillər milli komandanın əsas və əvəzedici heyətində yer alıb. AMKF-in prezidenti Yaşar Bəşirov karateçilərin çıxışlarını izləyib.
Avqutsun axırında isə 18-21 yaşadək gənclər arasında analoji seçim mərhələsinin təşkil edilməsi planlaşdırılır. Dünya çempionatı qabağı son hazırlıq işləri yenilənmiş heyətin gücləndirilmiş təlim-məşqləri olacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin