logo
Çexiyada yaşayan azərbaycanlı skripkaçı Canel Nəcəflinin uğuru

Çexiyada yaşayan azərbaycanlı skripkaçı Canel Nəcəflinin uğuru

Çexiyada yaşayan azərbaycanlı skripkaçı Canel Nəcəflinin uğuru Çexiyada yaşayan azərbaycanlı skripkaçı Canel Nəcəflinin uğuru

Çexiyada yaşayan əslən Şuşadan olan azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli İspaniyanın Barselona şəhərində keçirilən “Victoria Music Competition for Violin” müsabiqəsində Fəxri Diploma layiq görülüb. Müsabiqənin münsiflər heyətinin prezidenti professor Viktor Tretyakov, münsifləri professor Nataliya Lixopoy və Laya Monserat olub.

Qeyd etmək istərdik ki, bu, Canel Nəcəflinin beynəlxalq müsabiqələrdə ilk qalibiyyəti deyil. Bundan öncə “Florida keys” beynəlxalq müsabiqəsində ikinci yer tutduğu üçün Nyu Yorkda yerləşən dünyaca məşhur “Weill” konsert salonunda Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin