logo
Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb

Ölkəmizdə fermerlərin aqrar sığorta təqvimində yeni səhifə başlayıb. Aprel-may ayları Azərbaycanda pomidor sahələrinin sığortalanması dövrüdür.

Tərkibi vitaminlərlə zəngin olan, olduqca faydalı bitki sayılan pomidor Azərbaycanın kənd təsərrüfatında xüsusi yeri tutur.  Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür.

Pomidor ölkənin bütün ərazilərində əkilir, ən çox pomidor əkinləri Xaçmaz rayonundadır. Burada  2 min hektara yaxın sahədə pomidor əkilir. Qubada 1000 hektar, Sabirabadda  900 hektar, Şəmkirdə  1650 hektar, Ucarda 776 hektar, Kürdəmir və Biləsuvarda 600 hektar, Lənkəranda isə 1121.3 hektar pomidor sahəsi  var.

Bu bitki təkcə vitaminlərlə qiymətli deyil. Artaq bir neçə ildir ki, pomidor Azərbaycandan xaricə ixrac olunan qeyri-neft məhsulları siyahısında əsas yerlərdən birini tutur. Təkcə 2023-cü il ərzində ölkəmiz pomidor ixracından təxminən 162 milyon ABŞ dolları məbləğində qazanc əldə edib. Son 3 ildə bu rəqəm demək olar ki, dəyişmir və pomidor ixracı Azərbaycanda kənd təsərrüfatının sabit gəlirli sahəsi hesab olunur.

Pomidor iqtisadi cəhətdən sərfəli, gəlirli bitki olsa da, çoxsaylı risklərə qarşı həssasdır və xüsusi qulluq tələb edir. Bu səbəbdən pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib. Pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, fırtına, sel-subasma, 3-cü şəxslərin hərəkətləri, müxtəlif xəstəliklərdən qoruya bilərlər.

Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər. Məsələn, Salyan rayonunda 1000 manatlıq pomidor əkininin sığortalanması üzrə sığorta haqqı 20,2 manat təşkil edir. Bu məbləğin yarısını dövlət, qalan 10,1 manat sığorta haqqını isə fermer ödəyir. Quba-Xaçmazda bu məbləğ 11,8 manat, Mərkəzi Aran bölgəsində 10,5 manat, Qazax-Tovuz regionunda 21,7 manat, Lənkəranda isə 11 manat təşkil edir.

Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir. Bu baxımdan pomidor əkinlərinin sığortası dövrü may ayının ortalarına qədər davam edəcək. Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq həmin tarixlərədək pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gəlirlərini risklərdən qoruya bilərlər.

Əkinlərini sığortalamaq istəyən fermerlər şərtlərlə Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etməklə və ya www.asf.gov.az rəsmi səhifəsi vasitəsilə tanış ola, “Sığorta kalkulyatoru” bölməsini seçərək sığorta haqqını özləri də hesablaya hesablaya bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media