https://innews.media/uploads/news/2024-04/_innews_7a6748e04bbf119c76373bb02_o.jpg
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 1918-ci ildə Quba rayonunda soyqırımıların baş verdiyi tarixi məkanlar - abidələr haqqında xəritə-məlumat kitabçasının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, Quba Soyqırımı Memorial Kompleksi tərəfindən hazırlanmış məlumat kitabçasında 1918-ci il soyqırımılarının baş verdiyi tarixi məkanlar – Tağlı körpü, Günbəzli hamam, Cümə məscidi, Qanlı dərə, Subaba türbəsi, naməlum türk əsgərinin məzarlığı haqqında məlumatlar verilir. Kitabça Azərbaycan və ingilis dillərində nəşr olunub.
Təqdimat mərasimində filial rəhbərliyi və elmi-pedaqoji kollektiv iştirak edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin