https://innews.media/uploads/news/2022-08/_innews_22e30fc651cbd64a7fde50dc6_o.jpg
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının son günü MOK-un Baş katibi Azər Əliyev yeniyetmə idmançılarla görüşüb. İdmançılara göstərdikləri əzmkarlıq və əldə etdikləri nəticəyə görə təşəkkür edib. Daha sonra nəticə göstərən idmançılara MOK-un xüsusi mükafatını təqdim edib. Avropa Gənclər Yay Olimpiya Feativallna Azərbaycan 33 idmançı ilə qatılb. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 13-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir. Festival “Parlamağa hazırıq” devizi altında keçirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin