https://innews.media/uploads/news/2024-04/_innews_04d4b667c9e0eb469534e96a8_o.jpg
Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi Oslo şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Norveçdə yaşayan həmvətənlərimizə səyyar konsulluq və notariat xidmətləri göstərib. Bununla yanaşı soydaşlarımızı düşündürən bir sıra vacib mövzularla bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, dünyada ümumilikdə 29 Azərbaycan Evi fəaliyyət göstərir. 2018-ci ildən onların fəaliyyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.