logo
Soydaşımız beynəlxalq şahmat turnirində birincilik qazanıb

Soydaşımız beynəlxalq şahmat turnirində birincilik qazanıb

Soydaşımız beynəlxalq şahmat turnirində birincilik qazanıb Soydaşımız beynəlxalq şahmat turnirində birincilik qazanıb

Serbiyanın Belqrad şəhərində keçirilən “Radniçki” (“Radnickichess”) beynəlxalq şahmat turnirində Trinidad və Tobaqo Respublikası bayrağı altında çıxış edən soydaşımız Alan-Səfər Ramoutar da 1-ci yeri tutub.

9 raunddan ibarət olan və 10 şahmatçının birincilik uğrunda mübarizə apardığı bu turnirdə şahmat üzrə Beynəlxalq Usta (İnternational Master) titullu Alan-Səfər, hətta Qrossmeyster (Grandmaster) titullu rəqiblərinə də qalib gəlib.

Şahmatçımızın 24 may – 2 iyun tarixlərində Kolumbiyada keçiriləcək Amerika qitəsinin bütün şahmat federasiyalarının iştirakı nəzərdə tutulan “2024-cü il Amerika Qitəsi Şahmat Çempionatı”nda da iştirakı planlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin