logo
Ali Məhkəməyə təyin edilən yeni hakimlər kollektivə təqdim olunub

Ali Məhkəməyə təyin edilən yeni hakimlər kollektivə təqdim olunub

Ali Məhkəməyə təyin edilən yeni hakimlər kollektivə təqdim olunub Ali Məhkəməyə təyin edilən yeni hakimlər kollektivə təqdim olunub

2024-cü ilin aprelin 6-da Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub. 

Təqdimetmə mərasimində çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hər iki hakimi təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması  istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub. 

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin