https://innews.media/uploads/news/2024-04/_innews_6e875c7bbb2c23fc4bffb2181_o.jpg
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən həyata keçirilən “Diaspor Akademiyası” layihəsi çərçivəsində yeddinci təlim keçirilib. “Zoom” proqramı vasitəsilə baş tutan yeddinci təlim “Lobbiçilik və diasporlar” mövzusuna həsr edilib.
Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına lobbiçiliyin tarixi, mahiyyəti, mexanizmləri barədə məlumat verib, diasporlar və lobbiçilik təcrübəsindən danışıb, professional lobbiçilik fəaliyyətinin xüsusiyyətləri barədə məlumat verib.
İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.
Qeyd edək ki, “Diaspor Akademiyası” layihəsi 2024-cü ilin aprel ayının sonuna qədər davam edəcək.