https://innews.media/uploads/news/2024-04/_innews_d6125f40e55ff8635ff87f0d3_o.jpg
Bakıdakı Rus evinin fotoklub layihəsi çərçivəsində Nurziya Xəlilovanın “Gəl. Əbədi nağıl göstərəcəyəm” adlı fərdi fotosərgisinin açılışı olub.
innews.media Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sərgi Sankt-Peterburqa və Leninqrad vilayətinə həsr edilib.
“Mövzuya köklənmə həddinə yüksələ bilmək heç də təəccüblü görünməməlidir, çünki fotoşəkillərin müəllifinin ixtisası məhz landşaft memarlığıdır”, - məlumatda bildirilib.
Nurziya Xəlilovanın landşaftlarla işləmək qabiliyyətinin özəlliyini sərginin qonaqlarından biri, peşəkar fotoqraf Rüstəm Hüseynov da qeyd edib.
Sərgiyə gələn tamaşaçılar təqdim olunan fotoşəkillərə böyük maraq göstəriblər.