logo
Bakıda Belarus Kinosu Günlərinin açılışı olub

Bakıda Belarus Kinosu Günlərinin açılışı olub

Bakıda Belarus Kinosu Günlərinin açılışı olub Bakıda Belarus Kinosu Günlərinin açılışı olub

Aprelin 1-də Nizami Kino Mərkəzində Azərbaycanda Belarus Mədəniyyət Günləri çərçivəsində keçirilən Belarus Kinosu Günlərinin açılış mərasimi baş tutdu.

Tədbirdə hər iki ölkənin mədəniyyət və ictimai xadimləri iştirak edirdi.
Azərbaycan Respublikasının Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu çıxış edərək kino günlərini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirdi. Bildirdi ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni dəyərlərinin təqdimatı 1-3 aprel tarixlərində Azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq. “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb. Orxan Fikrətoğlunun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi nəzərdə tutulub.

Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək kino günləri ilə bağlı təəssüratlarını bölüşdü. Kino günlərində təqdim olunacaq filmlər haqqında məlumat verdi: ”Azərbaycan tamaşaçılarına üçün dörd film gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək"- deyə baş direktor qeyd etdi. Diqqətə çatdırdı ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq. Yuri Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi.

Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş tutdu.  2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.

Qeyd edək ki, 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisinin nümayişi, Belarus xalq sənətkarlıq nümunələri sərgisi və incəsənət ustalarının ifasında konsert proqramı nəzərdə tutulub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media