İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "Koç Holding" və "Aksoy Holding" şirkətlərinin nümayəndələri ilə Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivlərini müzakirə edib.
innews.media xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşir”, – M. Cabbarov qeyd edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin