https://innews.media/uploads/news/2024-04/_innews_21032c720a87ff71fea88f90c_o.jpg
Kosta-Rikada yaşayan soydaşımız Solmaz Rəhimova yerli ictimaiyyətin üzvləri ilə bir araya gələrək Novruz bayramını qeyd edib. Həmyerlimiz bayram süfrəsi ətrafına toplaşan qonaqlara Novruzun rəmzləri və bayram adət-ənənələri, eyni zamanda Azərbaycan ipəkçiliyinin qədim və qiymətli nümunəsi olan kəlağayı haqqında məlumat verib.
Görüş milli musiqilərimizin səsləndirilməsilə davam edib. Qonaqlara Solmaz Rəhimovanın kosta-rikalılarla birlikdə hazırladığı Azərbaycan mətbəxinin ləziz təamları və Novruz bayramının atributları olan şirniyyatlar təqdim olunub.