logo
Hamburqda Novruz bayramı qeyd olunub

Hamburqda Novruz bayramı qeyd olunub

Hamburqda Novruz bayramı qeyd olunub Hamburqda Novruz bayramı qeyd olunub

Almaniyanın Sosial Demokrat Partiyasının Hamburq fraksiyasının təşkilatçılığı ilə martın 22-də Hamburq meriyasının böyük ziyafət zalında Novruz şənliyi keçirilib. Novruz bayramını qeyd edən xalqların nümayəndələrinin, səfirliklərin əməkdaşlarının da aralarında olduğu 700-dən çox qonağın qatıldığı tədbirdə Hamburq Azərbaycanlıları Akademik Birliyi iştirak edib.

Hamburq senatının nümayəndəsi qonaqları salamladıqdan sonra hakim partiyanın təmsilçiləri çıxışlarında Novruz bayramının xoş ənənələrindən, dünyada 400 milyondan çox insanın bu bayramı sevərək qeyd etdiyindən danışıb, bayram münasibətilə öz təbriklərini çatdırıblar.

Tədbir iştirakçıları hazırladıqları stendlərdə öz ölkələrinin Novruz bayramı adət-ənənələrini nümayiş etdiriblər.

Hamburq Azərbaycanlıları Akademik Birliyinin sədri Elmar-Elçin Satterhoff milli geyimdə Azərbaycan stendində duraraq ekspozisiyamıza yaxınlaşan bütün qonaqları salamlayıb, onların Azərbaycanla bağlı suallarını cavablandırıb. Ölkəmizdən, onun tarixindən, mədəniyyətindən, Azərbaycanda xristianların, yəhudilərin həyatından, xalqımızın tolerantlığından bəhs edən nəşrlər böyük maraq doğurub. Milli geyimli xanımlar – Könül və Elisa Satterhoffların təqdimatında Azərbaycan mətbəxinin ləzzətli təamları qonaqlar tərəfindən çox bəyənilib. Azərbaycan milli rəqsləri isə sürəkli alqışlarla qarşılanıb.

Azərbaycan stendinə yaxınlaşan hər kəs Azərbaycana qonaq gəlmək arzusunda olduğunu söyləyib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin