logo
Soydaşlarımız Özbəkistanın bir neçə vilayətində Novruz bayramını qeyd ediblər

Soydaşlarımız Özbəkistanın bir neçə vilayətində Novruz bayramını qeyd ediblər

Soydaşlarımız Özbəkistanın bir neçə vilayətində Novruz bayramını qeyd ediblər Soydaşlarımız Özbəkistanın bir neçə vilayətində Novruz bayramını qeyd ediblər

Özbəkistan Respublikasında fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Fərqanə, Səmərqənd, Sırdərya, Navoyi, Buxara və Daşkənd vilayətlərində Novruz bayramı qeyd olunub.

Bayram tədbirlərində çıxış edən diaspor rəhbərləri milli mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılmasında Azərbaycan diasporunun rolundan danışıblar. Tarixi köklərlə bir-birinə bağlı olan iki qardaş xalq arasındakı mövcud əlaqələrinin əhəmiyyəti, ortaq adət-ənənələrimizin, ümumi dəyərlərimizin təbliği istiqamətində birgə fəaliyyətin önəmi vurğulanıb. Novruz bayramının türk xalqlarının birliyinin, həmrəyliyinin göstəricisi olduğu söylənilib.

Azərbaycan milli mətbəxinin müxtəlif təamları və şirniyyatlarından ibarət bayram süfrəsi açılıb, Azərbaycan və özbək milli rəqsləri nümayiş etdirilib, Novruz bayramının tarixi haqqında film göstərilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin