https://innews.media/uploads/news/2024-03/_innews_955cfd9eabb470a9642d085c7_o.jpg
Azərbaycan Basketbol Liqasında 15-ci turun daha bir oyunu keçirilib.
Cəlilabadda eyniadlı komanda liderlər qrupunda qərarlaşan “Sabah”ı qəbul edib.
Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.
Tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin