logo
Pensilvaniya Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

Pensilvaniya Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

Pensilvaniya Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub Pensilvaniya Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

ABŞ-nin Pensilvaniya Universitetində müxtəlif ölkələrin mədəniyyətlərinin təbliği məqsədilə tədbir keçirilib. Tədbirdə Pensilvaniya Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılmış Pensilvaniya Azərbaycanlı Tələbələr Klubu iştirak edib.

Tədbirdə müxtəlif ölkələrin mədəniyyətlərinin nümayiş olunduğu guşələr yaradılıb, stendlər quraşdırılıb. Azərbaycan guşəsində xarici tələbələrə milli mətbəximizə məxsus şirniyyatlar – şəkərbura, paxlava, qoğal təqdim edilib. Ziyarətçilərə ölkəmizin zəngin mədəniyyəti, adət-ənənələri haqqında ətraflı məlumat verilib. Tədbir çərçivəsində tələbələr arasında “Ədviyyatı tap” yarışması keçirilib və Azərbaycan mətbəxində ən çox istifadə olunan 6 ədviyyatın (zəfəran, sarıkök, keşniş, sumaq, zirə və kəklikotu) adını  düzgün tapanlara “Göz muncuğu” qolbağı hədiyyə olunub.

Əcnəbi tələbələr Azərbaycanın mədəniyyətinə, zəngin mətbəxinə və adət-ənənələrinə böyük maraq göstəriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin