https://innews.media/uploads/news/2022-07/_innews_30b75398eb185c09a12cfb7b5_o.jpg
Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatında qrupda ikinci qələbəsini qazandı.
San Marino'da gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız B qrupunda ikinci görüşünə çıxıb. Cəbəllütariq seçməsi ilə qarşılaşan yığmamız görüşə fəal başlayıb və yekunda 115-60 hesablı qələbə qazanıb.
Milli komandamızın qrupdakı növbəti rəqibi Ermənistan komandası olacaq. Oyun 27 iyul Bakı vaxtı ilə saat 19.00 -da start götürəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin