logo
Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament

Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament

Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament

Azərbaycanda siyasi plüralizm ənənələrinin davam etdirilməsi dövlətin siyasi fəaliyyət prinsiplərinin əsaslarından birini təşkil edər. Elə bu səbədən də ölkədə siyasi plüralizmin təmin olunması istiqamətində lazım olan bütün addımlar atılmaqdadır. Sözügedən siyasi plüralizmin ənənələrindən biri də parlament seçkilərinidir ki, bunun üçün ölkədə bütün mümkün imkanlar yaradılıb. Seçki institutunun bərqərar olması hər bir dövlətin demokratik inkişaf yolu ilə getməsinin ən mühüm göstəricisi, parlament seçkiləri isə siyasi həyatın böyük maraq doğuran hadisələrindəndir.

Parlament seçkiləri siyasi sistemin bütün palitrasını əks etdirdiyi üçün onların, ümumiyyətlə, "varlığı və yoxluğunu" üzə çıxarır, hərənin malik olduğu seçici bazasını və siyasi potensialını bu seçkilərdə acıq-aydın nümayiş etdirməyə imkan verir. Demokratik ölkələrdə seçkilərin nəticələri ölkədə fəaliyyət göstərən siyasi qüvvələrin nüfuz və reytinqinin göstəricisi kimi qəbul edilir. Eyni zamanda, siyasi qüvvələr də bu nəticələr əsasında özlərinin fəaliyyət strategiyalarının yenidən təşkili üçün təcrübə və fürsət əldə edirlər. Xatırladaq ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Birpalatalı orqan olan Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. Beləliklə 1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir. Bir çox dünya ölkələrindən fərqli olaraq Azərbaycan parlamentdə siyasi partiyaların təmsil olunması istiqamətində ciddi islahatlar həyata keçirilib. Bu isə o deməkdir ki, Azərbaycanda siyasi plüralizm ənənələri parlamentdə təmsilçilik məsələsində də ön plana çəkilir. Qeyd edək ki, ölkədə 6-cı çağırış parlamentə seçkilər 9 fevral 2020-ci ildə keçirilib. Seçkilərin nəticələrinə əsasən prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə bir daha inamlı qələbə qazanıb. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit-poll" keçirib. Bütün exit-poll nəticələri YAP-ın inamlı qələbəsini qeyd edib. Nəticə etibarilə parlamentdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Qurtuluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, "Ana Vətən" Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası təmsil olunur. Onu da qeyd edək ki, Azərbaycanda 50-dən çox partiya qeydiyyata alınıb. Amma onlardan çox azı siyasi səhnədə fəaldırlar. Ən böyük partiya ölkə Prezidenti İlham Əliyevin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyasıdır.

 

Müəllif: Şikar Əsgərov

Göygöl rayonu Yeni Zod Bələdiyyəsinin sədri

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media