logo
Sənətçilərimiz İtaliyanın "AllNews Milano" radio kanalının qonağı olublar

Sənətçilərimiz İtaliyanın "AllNews Milano" radio kanalının qonağı olublar

Sənətçilərimiz İtaliyanın "AllNews Milano" radio kanalının qonağı olublar Sənətçilərimiz İtaliyanın "AllNews Milano" radio kanalının qonağı olublar

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 2024-cü ilin 3 mart tarixində İtaliyanın Milan şəhərində keçirilmiş “Musiqi sərhəd tanımır” adlı konsert proqramının iştirakçısı olan sənətçilərimiz “AllNews Milano” radio kanalının qonağı olublar.

Radionun “Good morning” (Sabahınız xeyir) adlı səhər verilişinin aparıcısı Fabio Ranfinin dəvəti ilə Əməkdar artist, tarzən Sahib Paşazadə,  Almaniyada yaşayan pianoçumuz Səbinə Məmmədova, opera müğənnisi Çinarə Şirinova canlı efirdə Azərbaycanın musiqi və incəsənətindən söhbət açıb, musiqi mədəniyyətimizin Avropada böyük rəğbətlə qarşılanmasından danışıblar.

Verilişdə Sahib Paşazadə tarda “Bayatı-Şiraz” muğamını və italyan xalq rəqsi “Tarantella Napoletana”nı ifa edib. Kanalın aparıcısı və baş redaktoru Fabio Ranfi pianoçu bəstəkar Səbinə Məmmədovanın təşəbbüsü ilə yaranan bu üçlüyün ifasını çox bəyəndiyini və “Musiqi sərhəd tanımır “ layihəsinin uğurlara imza atacağına əmin olduğunu bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin