logo
ADPU THİK Beynəlxalq Qadınlar Günü münasibəti ilə qızlararası voleybol yarışları keçirib

ADPU THİK Beynəlxalq Qadınlar Günü münasibəti ilə qızlararası voleybol yarışları keçirib

ADPU THİK Beynəlxalq Qadınlar Günü münasibəti ilə qızlararası voleybol yarışları keçirib ADPU THİK Beynəlxalq Qadınlar Günü münasibəti ilə qızlararası voleybol yarışları keçirib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə fakültələr üzrə təşkil olunmuş qızlararası voleybol yarışlarının yekun mərhələsi keçirilib.

Yarışda, ümumilikdə, 9 fakültədən 10 komanda iştirak edib. 3 gün davam edən turnirin yarımfinal mərhələsi martın 5-də keçirilib. Yarımfinala 8 komanda, finala isə qarşılaşdığı bütün rəqiblərinə qalib gəlmiş 4 komanda vəsiqə qazanıb. Bunlar “Riyaziyyat”, “İbtidai təhsil”, “Fizika”, “Kimya və biologiya” komandalarıdır.

Final oyununun yekununa əsasən, “Riyaziyyat” komandası III, “İbtidai təhsil” komandası II, “Fizika” komandası isə I yerin sahibi olub.

Qalib komandalar diplomla təltif olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media