https://innews.media/uploads/news/2024-03/_innews_8f2ca6978a59625b3358c2519_o.jpg
Öncə qeyd etidyimiz kimi, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasında iştirak edir.
O bu gün, sessiya çərçivəsində keçrilən dini nifrətlə mübarizə ilə bağlı Panel müzakirələrində BMT-də akkreditasiya olunmuş ECOSOC xüsusi məşvərətçi statuslu QHT nümayəndəsi kimi çıxış etmişdir.
Ramil İskəndərli çıxışını tam olaraq nəzərinizə çatdırırıq:
“Mən Qərbi Avropada, xüsusən də Fransa, Danimarka və İsveç kimi ölkələrdə artan islamofobiya tendensiyasına diqqət çəkmək istəyirəm. Qurani-Kərimin qəsdən açıq şəkildə yandırılması və digər vandalizm aktlarının bir növ “ifadə azadlığı” kimi təqdim olunması çox narahatedicidir.
Biz adları çəkilən ölkələrin hökumətlərini öz ölkələrində islamofobiya hallarının artması ilə bağlı lazımi addımlar atmağa çağırırıq. Bu səylər müxtəlif icmalar arasında anlaşma və tolerantlığın gücləndirilməsi üçün vacibdir. Beynəlxalq təşkilatlar dini nifrət hallarının monitorinqində, insan hüquqlarının pozulması hallarının sənədləşdirilməsində və pozuntular barədə məlumatların verilməsində daha fəal rol oynamalıdırlar.
İcmalara stereotiplərə və qərəzlərə qarşı mübarizə aparmaq istiqamətində fəaliyyət göstərən QHT-lər nifrət hallarının qarşısının alınması səylərinə də əhəmiyyətli töhfə verə bilərlər.