logo
Kanadanın yəhudi mediasında Xocalı faciəsindən bəhs edilib

Kanadanın yəhudi mediasında Xocalı faciəsindən bəhs edilib

Kanadanın yəhudi mediasında Xocalı faciəsindən bəhs edilib Kanadanın yəhudi mediasında Xocalı faciəsindən bəhs edilib

Kanadanın nüfuzlu Thej.ca yəhudi media platformasında “32 il sonra: Xocalını Niyə Yad Etməliyik?” sərlövhəli məqalə yayımlanıb.

Məqalədə bildirilib ki, 32 il əvvəl  26 fevral tarixində Xocalı şəhərində Ermənistan silahlı qüvvələri 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirib, 1275 Xocalı sakinini girov götürüb, bu günə kimi 150 nəfərin taleyi naməlum olaraq qalır. 

Məqalədə erməni yazıçısı Markar Melkonyana istinad edilib: “Xocalı strateji məqsəd olmaqla yanaşı, həm də qisas aktı idi”. Müəllif qeyd edib ki, qətliamın ermənilər tərəfindən törədilməsinə dair kifayət qədər etiraf, fakt, araşdırma və şahid ifadələri olmasına baxmayaraq, rəsmi İrəvan hələ də birbaşa məsuliyyətdən yayınmağa çalışır. Bu məqamda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müsahibəsinə istinad edilib: “Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin dinc əhaliyə əl qaldıra bilməyən adamlar olduğunu düşünürdülər. Bütün bunlara son qoymalı idik. Və belə oldu”.

Müəllif hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin tezləşməsi üçün Ermənistanın Xocalı qatillərinin məsuliyyətə cəlb olunmasına kömək  etməsi və faciəyə görə məsuliyyət daşıdığını etiraf etməsi zəruridir.

Məqalədə həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Xocalı qurbanlarının kütləvi məzarlarının tapılması faktına da diqqət cəlb edilib.

Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2024/02/29/32-years-on-why-we-should-remember-khojaly/

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin