https://innews.media/uploads/news/2024-03/_innews_63773e03dd01d7746626de016_o.jpg
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasında iştirak edir.
O bu gün, sessiya çərçivəsində keçrilən “adekvat yaşayış hüququ və ayrı-seçkiliyə məruz qalmamaq hüququ” ilə bağlı keçirilən Plenar müzakirədə BMT-də akkreditasiya olunmuş ECOSOC xüsusi məşvərətçi statuslu QHT nümayəndəsi kimi çıxış etmişdir. QHT sədri öz qohumları da, daxil olmaqla minlərlə azərbaycanlının Ermənistandan qovulması və ayir-seçkiliyə məruz qaldığını da qeyd etmişdir.
Ramil İskəndərli çıxışını tam olaraq nəzərinizə çatdırırıq:
“Hər bir fərd, o cümlədən öz keçmiş yaşayış yerlərinə qayıtmaq istəyən qaçqınlar təhlükəsiz və adekvat yaşayış hüququna malik olmalıdır.
Yaşayış standartı kimi adekvat yaşayış hüququ və ayrı-seçkiliyə məruz qalmamaq hüququ qaçqınların geri qayıtması üçün mühüm əhəmiyyət kəsb edir. Bu hüquq qayıdan qaçqınlara öz həyatlarını yenidən qura biləcəkləri sabit zəmin təmin edir.
Etnik mənsubiyyətə, milliyyətə və ya digər əsaslara görə ayrı-seçkilik qayıtmaq istəyən qaçqınların kompensasiya tələb etməsinə, adekvat mənzil əldə etmək imkanlarına mane ola bilər. Ayrı-seçkiliyə yol verməmək hüququ qaçqınların öz vətənlərinə qayıtmaq hüququndan ədalətsiz şəkildə məhrum edilməməsini təmin edir.
80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Ermənistandan qovulmuş Azərbaycandan olan qaçqınların Ermənistan hökuməti tərəfindən geri qayıtmaq və adekvat yaşayış hüququnun rədd edilməsi ayrı-seçkiliyə məruz qalmamaq hüququnun pozulmasıdır.
Birinci Qarabağ Müharibəsinin başa çatmasından artıq 30 ildən artıq vatdir ki, yüz minlərlə azərbaycanlı, o cümlədən mənim ailə üzvlərim də, qovulmuşdur. Bu onların ayrı-seçkiliyə məruz qalmamaq hüququnu pozmuşdur.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanı azərbaycanlı qaçqınların öz vətənlərinə qayıtması üçün lazımi şəraiti yaratmağa təsir etməyə çağırırıq.