logo
1300 modeldən ibarət avtomobil kolleksiyası - FOTO

1300 modeldən ibarət avtomobil kolleksiyası - FOTO

1300 modeldən ibarət avtomobil kolleksiyası - FOTO 1300 modeldən ibarət avtomobil kolleksiyası - FOTO

Bildiyiniz kimi Azərbaycanda və dünyada olan miqyaslı avtomodellərin kolleksiyonerliyi və modelləşdirilməsi ilə məşğul olanların sayı çoxdur.

FNAKO Qrupu 26.08.2023-cü il tarixində yaranaraq Öz fealiyətinə başlamişdir

FNAKO adının yaranmasıda Azərbaycanın bir çox Milli adət-ənənəsinə xas olaraq, böyüklərə hörmət adətini yaşatmaq məqsədi ilə, birliyin üzvlərinin yaşlarını nəzərə alaraq, adlarının ilk hərifini götürərək yaranmışdır.

Fuad Musaxanlı

Namiq Bəşirov

Abbas Əliyev

Kanan Məmmədov

Orxan Əsgərov

Yuxarıda adları çəkilən FNAKO Grup üzvlərinin ayrı ayrılıqda olan, Dünya şöhrətlii  marka, məhşur olan brend və  model ölçülü peşə istiqaməti və istehsalçı üzrə miqyaslı avto modellərinə bölüşərək, hər zövqə və mövzuya uyğun kolleksiya saylarını artıraraq uğur və həvəslə bir cox sərgilərdə iştirak edir. 

28.09.2023-cü il tarixində Bakı ş. Suraxanı r-nu 89 nömrəli tam orta məktəbi şaqirdləri üçün təmannasız maraqlı şəraitdə bir sərgi keçirilmişdi. Əsas səgri mövzusu, Azərbaycanın fəxri və tarixi şəxslərindən biri olan SSSR-i İittifaq iki dəfə Milli Qəhramanı 35-ci Tank briqadasının Komandiri General-Mayor Həzi Aslanovun idarə etdiyi zirəhli maşın və tabeçiliyində olan bütün növ tankların miqyaslı bənzəri numayiş olunmuşdur, lyuks salonlu və markalı avtomobil, idman yarışlarında ayrı ayrı illərdə birincilik qazanan avto modellərin numayişdə və izahı zamanı şagirdlərə görtərilmişdi. 2000 yaxın ayrı ayrılıqda şagirdin marağina səbəb olaraq, onlara tarixi və bir neçə peşə rəssamlıq, memarlıq, dizaynerlik və.s seçimi haqinda məlumatlar verilmişdi.

10.10.23-cü il tarixində  Bakı ş. Suraxanı r-nu 87 nömrəli tam orta məktəbi şagirdləri üçün eyni qaydada təmənnasız yeni mövzu və modellər üzrə sərgi keçirilmişdir. Yeni mövzu 44 günlük müharibənin nəticələrindən biri olan Zəfər Yolunun bir hissəsi olan ekspozisiyasına həsr olunmuşdur. Yeni modellər ilə 4000-nə yaxın şagirdlərinə hər bir model, haqqinda məlumatlar verilmişdir.

05.11.23-cü il tarixində Ulu Öndər Heydər Əliyev adına Mərkəzin nəznində olan Azərbaycan Retro Avtomobillər Klubu tərəfindən Zəfər Gününə həsr olunmuş Bakı-Salyan-Lənkaran-Xanbulan-Bakı avtoyürüşünə FNAKO Qrupunun üzvləri dəvət olunmuşdu. Həmin yürüş zamanı iştirak edən bir çox retro avtomobillərinin miqyaslı modelləri məhs FNAKO Qrupunun üzvləri tərəfindən, təyin olunan yerlərdə dayanaraq real və miqyaslı modeləri numayiş olunmuşdur. Əhalini böyük maraqına səbəb olan bu gözəl tədbir zamanı maraqlanan və xatirə fotolarını çəkdirənlərin sayı hesabı yoxdur.

11.11.2023-cü il tarixində Rusiya Federasiyasının Azərbaycanda olan Səfirliyi nəznində Rus Evində FNAKO və Dostları adlanan təmənnasız və möhtəşəm bir tədbir keçirilmişdi. İlk öncə tədbirdən Səfirliyin və Rus Evi Rəhbərliyinin və minlərcə qonaqların razı qalması, FNAKO Qrupunun və Dostlarının hər bir üzvləri üçün böyük bir xoş haldır. Bu sərgidə mövzulardan biri olan, 1941-1945-ci illərə 2-ci Dünya Muharibəsində iştirak edən hərbi texnikaların, 30-ci illərə təsadüf edən retro avtomobillər SSSR-i və Azərbaycanın bir çox küçələrində öz zamanında hərəkət edən sərnişin daşıyan miqyaslı avtobus modelləri,  rəngi və parıltısı ilə qonaqların marağına səbəb olan bir neçə tanınmış avtomarkaların miqyaslı modellərinədə rast gəlmək olardı. Sərgi itirakçıların biri tərəfindən Rus Evi nəznində olan fortopianoda vasitəsi ilə qonaqlara xoş əhval ruhiyə bəxş olunmuşdur.

FNAKO Qrupu öz tərfindən belə maraqlı xoş keçən görüşlərinin davamiyyətlı olmağını arzulayaraq Azərbaycan Gənclərinin və bu mövzularda maraqlı olanların görüş və tədbirlərin tez-tez keçirilmərinə əlindən gələni əsirgəməyəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin