logo
Azərbaycanlı ekspert alman rəsmilərinə müraciət edib

Azərbaycanlı ekspert alman rəsmilərinə müraciət edib

Azərbaycanlı ekspert alman rəsmilərinə müraciət edib Azərbaycanlı ekspert alman rəsmilərinə müraciət edib

Almaniyada yaşayan və fəaliyyət göstərən beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Almaniyanın xarici siyasət mərkəzi və Konrad Adenauer Fondunun rəhbərliyinə müraciət ünvanlayıb. Müraciət yaxın günlərdə baş tutacaq “Artsax İrsi” kitabının təqdimatı və müzakirəsinə etiraz məqsədilə ünvanlanıb.

Müraciətdə qeyd olunur ki, erməni mədəniyyətinin minillik tarixinin olmasını sübut edən abidələrin olması ilə bağlı məlumatlar hamısı erməni uydurmasıdır. Çünki ermənilər mədəniyyəti qoruyub saxlayan yox, onu məhv edən, talan edən xalqdır.

Müraciətdə Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq dövlət olduğu vurğulanıb, eyni zamanda xristian dini irsinin qorunub saxlanmasının ölkəmiz üçün prioritet məsələ olduğu bildirilib. Bununla yanaşı, qeyd edilib ki, işğal dövründə Ermənistan tərəfindən xalqımıza məxsus bütün tarixi və dini abidələr, o cümlədən işğal olunmuş ərazilərdə olan 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edildikdən sonra yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey eksponatı talan edilib, işğal olunmuş ərazilərdə olan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilib.Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunəsi məhv edilib.

Müraciətdə qeyd olunur: “Ermənilər  bu vəhşiliyi  tək müsəlman abidələrinə qarşı yox, həmin ərazilərdə mövcud olan alban-xristian abidələrinə qarşı da törədib. Bu ərazilərdəki bütün alban kilsələri ermənilər tərəfindən  özününküləşdirilib və yaxud ona cəhd olunub. Qarabağda 1894-cü ildə inşa edilmiş yeganə provaslav kilsəsi də ermənilər tərəfindən tamamilə dağıdılıb, viran edilib. 30 ilik işğal altında qalan  torpaqlarda olan bütün müsəlman məcidlərindən  tövlə kimi istifadə edilib.

Bundan əlavə, müraciətdə Azərbaycan ərazisində erməni silahlı qruplaşmalarına qarşı keçirilmiş antiterror əməliyyatları barədə də məlumat verilib. Əməliyyatın humanitar hüquq normalarına uyğun aparıldığı bildirilib.Antiterror əməliyyatı nəticəsində Xankəndi şəhərində mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməməsi barədə BMT missiyasının hesabatı xatırladılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin