logo
Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə Rusiyanın Sankt-Peterburq şəhərində anım tədbiri olub. “Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatın təşəbbüsü ilə Azərbaycan diasporunun rəhbərləri və üzvləri 32 il əvvəl Xocalıda baş vermiş soyqırımı yad etmək üçün bir araya gəlib. Xocalıda həlak olanların xatirəsinin yad edilməsi məqsədilə bir dəqiqəlik sükut elan olunub, sonra qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımının günahkarlarından bəhs edən videoçarx təqdim edilib. Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Qasımov Sultan Maqomedoviç bildirib ki, “Xocalıya ədalət” beynəlxalq təşviqat və təbliğat kampaniyası bu hadisələri dünya arenasında geniş şəkildə işıqlandırır.

İctimai təşkilatın icraçı direktoru Orucova Rəşada diasporumuzun hər il bu qanlı faciə qurbanlarının xatirəsini yad etmək üçün bir araya gəldiyini qeyd edib.

Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi Komitəsinin sədr müavini Andrey Vitaliyeviç Druşlyakov Xocalıda həlak olanların xatirəsinin daim yad edilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Gənclər Birliyinin sədri Elman Manafov gənclərin soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Tədbiri başa vurduqdan sonra qonaqlara qurbanların xatirəsinə Qurani-Kərimdən surələr oxunub və qonaqlar üçün ehsan verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin