logo
İngiltərənin Lids şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

İngiltərənin Lids şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

İngiltərənin Lids şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib İngiltərənin Lids şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

İngiltərənin Lids şəhərində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.

“Yorkshire” Azər-Türk Dərnəyinin (ATAY) təşəbbüsü ilə baş tutan tədbirə Quzey və Güney Azərbaycandan olan soydaşlarımız, millət vəkilləri, siyasətçilər, bələdiyyə başçısı, vətəndaş cəmiyyətinin nümayəndələri, “Amnesty International” beynəlxalq təşkilatının əməkdaşı və musiqiçilər qatılıb.

Mərasimə Röyalə-Tomas Amiral Mudi cütlüyünün aparıcılıq etməsi polietnik ailədə milli kimliyə hörmətin göstəricisi olub. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə xüsusən İranda yaşayan Azərbaycan türklərinin milli hüquqların pozulması halları, son zamanlar baş verən genişmiqyaslı həbslər barədə ətraflı məlumat verilib.

ATAY Dərnəyinin sözçüsü İsa Türkoğlu qurumun bugünədək həyata keçirdiyi fəaliyyətlərin bəziləri haqqında qısa hesabatla çıxış edib, İranda milli ayrı-seçkiliyin sistemli hal aldığını vurğulayıb, Güney Azərbaycanda milli fəalların kütləvi həbslərini əks etdirən yazılı və görüntülü hesabatı “Amnesty International”ın nümayəndəsi xanım Ann Callarmana təqdim edib.

Sonra Nelson Mandelanın vəkilinin qızı xanım ⁠Fransiz Bernştayn Cənubi Afrikada aparteid əleyhinə hərəkat və mərhum Mandelanın bu hərəkatdakı rolu haqqında ümumi məlumat verib.

Britaniya parlamentindəki Leyboristlər Partiyasının üzvü Hilari Benn Birləşmiş Krallığın etnik müxtəlifliyinə toxunaraq, Şotlandiya, Uels və İrlandiyadan olan sosyal və siyasi arenalarda hüquq bərabərliyini Britaniya cəmiyyətinin milli sərvəti adlandırıb.

Lids şəhərinin meri Əsgər Xan yeniyetmə yaşlarında Böyük Britaniyaya köçməsinə baxmayaraq, hökumət tərəfindən bərabər imkanlar təmin edildiyi üçün İngiltərədə bələdiyyə kimi mühüm dövlət idarəçiliyində rəhbər vəzifəyə yüksəldiyinə diqqət çəkib.

Britaniyalı jurnalist Neil Vatson Qacarlar dövründən etibarən İranda etnik hüquqların geniş şəkildə pozulması tarixinə qısa ekskurs edib, çoxmillətli etnik idarəçilik ənənələrinə Pəhləvilər dövründə son qoyulduğunu və İslam inqilabından sonra da bu prosesin davam etdiyini bildirib, türk dilinin Azərbaycan milli kimliyini yaşadan təməl ünsür olduğunu söyləyib.

İrlandiya icmasının fəal üzvü Raşel Loftus 1980-90-cı illərdə irlandların milli hüquqlarının ingilislər tərəfindən pozulmasından danışıb, İrlandiyada həyata keçirilən assimilyasiya siyasətini uğursuz adlandırıb.

Tanınmış ərəb jurnalisti və siyasi fəal Yusif Əzizi Bəni Taraf XXI əsrdə ana dilində təhsilin qadağan olunmasını yolverilməz addım kimi qiymətləndirib.

Nərminə Məhəmmədova Ermənistanın etnik zəmində törətdiyi Xocalı soyqırımı haqqında məruzə ilə çıxış edib.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan dilində şeirlər və musiqilər səsləndirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin