logo
Varşavadakı Katolik kilsəsində kütləvi ibadət zamanı Xocalı qurbanları anılıb

Varşavadakı Katolik kilsəsində kütləvi ibadət zamanı Xocalı qurbanları anılıb

Varşavadakı Katolik kilsəsində kütləvi ibadət zamanı Xocalı qurbanları anılıb Varşavadakı Katolik kilsəsində kütləvi ibadət zamanı Xocalı qurbanları anılıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Polşa Azərbaycanlıları Şurası və Varşava Azərbaycan Evi tərəfindən anım tədbiri təşkil edilib. Xocalı faciəsinin qurbanları Varşava şəhərində yerləşən “Evangelist Lukas” kilsəsində katoliklərin “messa” saatı adlanan kütləvi ibadəti zamanı yad olunub. 

Kilsə keşişi Yan Popiel ibadətə gələn 250-dən artıq şəxsə Xocalı faciəsi və soyqırımı qurbanları haqqında məlumat verib verib. O, Xocalı soyqırımının Ermənistan silahlı qüvvələri tərəfindən  Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu deyib: “Son illər bu cür faciələrlə bağlı həqiqətin üzə çıxarılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Azərbaycanlılar və onlara dost münasibəti bəsləyən xalqlar bu faciəli gündə insan həyatının dəyərini uca tutmaq və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinin vacibliyini vurğulamaq üçün toplaşırlar. 1992-ci il fevralın 26-da, o qaranlıq və şaxtalı qış gecəsində həlak olanların xatirəsini ehtiramla yad edək”.

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli göstərilən dəstəyə görə təşəkkür edib, söhbət insan həyatından gedən zaman etnik və dini ayrıseçkiliyin olmamasının vacibliyinivurğulayıb və Xocalı faciəsinin izlərinin unudulmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Yerli əhalinin soyqırımı haqqında dolğun  məlumatlanması üçün kilsənin qarşısında Xocalı soyqırımınının dəhşətlərini əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilib, Şuranın üzvləri tərəfindən şəhər sakinlərinə 100-dən çox kitabça paylanıb, maraqlanan şəxslərə Xocalı soyqırımı haqqında polyak və ingilis  dillərində ətraflı məlumat verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin