https://innews.media/uploads/news/2024-02/_innews_adc0136928621398c07cf5553_o.jpg
Azərbaycanda 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş Kolumbiyanın “AL Press” Agentliyinin baş direktoru Roberto Trobajonun seçkilərə dair “Azərbaycanın demokratik bayramı” (Fiesta Democratica Azerbaiyana) başlıqlı məqaləsi dərc olunub.
Məqalədə müəllif ölkəmizin dünyanın ən inkişaf etmiş ölkələrindən biri olduğunu, Avropa ilə Asiya arasında qapıya çevrildiyini, bu yaxınlarda isə 7 fevral tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində iştirak edən yüzlərlə jurnalist və müşahidəçinin şəxsən bunun şahidi olduğunu vurğulayıb.
Məqaləsində seçkilərdə böyük həvəs və inamla iştirak edən Azərbaycan xalqına heyranlığından söz açan R.Trobajo ölkəmizi dünyanın ən demokratik ölkələrdən biri kimi qiymətləndirib.
Keçirilmiş seçkiləri tarixi seçkilər adlandıran R.Trobajo bu il ilk dəfə 30 illik erməni işğalından sonra seçkilərin ölkəmizin bütün suveren ərazilərini əhatə etdiyini diqqətə çatdırıb.
Seçkilərin təşkili ilə bağlı fikirlərini bölüşən müəllif şəffaf şəkildə keçirilmiş seçkilərdən heyranlıqla bəhs edib. Həmçinin, müəllif Prezident İlham Əliyevin qələbəsi ilə yekunlaşan günün sonunda xalqın sevincdən küçələrə axışdığını və bu qələbəni, demokratiyanın qələbəsini böyük sevinc hissi ilə qeyd etdiyini bildirib.
Ölkəmizə səfəri ilə keçirilmiş demokratik seçki prosesinin və qələbənin öz gözləri ilə şahidi olan müəllif bununla da QH sədrlik edən və bu il COP29 konfransına ev sahibliyi edəcək xalqın nəhəng təbiətini hiss etdiyini oxuyucuların diqqətinə çatdırıb.
Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:
https://www.alpresswc.com/fiesta-democratica-azerbaiyana