logo
Toronto Azərbaycan Evində Ana dili günü qeyd olunub - VİDEO

Toronto Azərbaycan Evində Ana dili günü qeyd olunub - VİDEO

Toronto Azərbaycan Evində Ana dili günü qeyd olunub - VİDEO Toronto Azərbaycan Evində Ana dili günü qeyd olunub - VİDEO

Toronto Azərbaycan Evində “Mənim Azərbaycanım”həftəsonu məktəbinin şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana dili günü qeyd olunub

Toronto Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin iştirakı və ELTV Media qrupunun birdə təşkilatçılığı ilə 21 Fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş video-çarx hazırlanıb. Musiqisi və sözləri Vüqar Camalzadəyə aid olan və Kanadada peşəkar fəaliyyət göstərən musiqiçi Əliheydər Mirzəbəyovun iştirakı ilə ərsəyə gəlmiş video-çarxda Azərbaycan dilinin tarixinə həsr olunmuş dərsdən görüntülər yer alıb.

Qeyd edək ki,  Kanadada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbində milli kimliyin formalaşmasında ana dilinin önəmini göstərmək məqsədilə mütəmadi tədbirlər həyata keçirlir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin