https://innews.media/uploads/news/2024-02/_innews_59f65442229c78760feab51c1_o.jpg
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
innews.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
Həmin şəxslər aşağıdakılardır:
Quliyev Kənan Adil oğlu – Daxili təhlükəsizlik baş idarəsinin rəisi
Bəylərov Elçin Bəylər oğlu – Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.