logo
Bakıda "Sağlam Həyatın Sirləri" seminarı keçirilib

Bakıda "Sağlam Həyatın Sirləri" seminarı keçirilib

Bakıda "Sağlam Həyatın Sirləri" seminarı keçirilib Bakıda "Sağlam Həyatın Sirləri" seminarı keçirilib

MÜSİAD Azərbaycan dərnək mərkəzində "Bütüncül Sağlıklı Yaşam" platforması tərəfindən “Sağlam Həyatın Sirləri” seminarı baş tutub.

innews.media xəbər verir ki, seminarda qonaq qismində Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşavirləri Ahmet Erdal, Yakup Sefer, mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit iştirak ediblər.

Seminarda təlimçi qismində "Bütüncül Tıp Okulu"nun təsisçisi onkoloq Dr. Murat Baş və "BSY Bütüncül Sağlıklı Yaşam Platformu" və "Kangen Water Türkiyə" təsisçisi Naturopati Danışmanı İbrahim Aydın Altunordu çıxış edib.

Çıxışçılar sağlam yaşam, sağlam yaşamağın şərtləri, cəmiyyətin sağlamlıqla bağlı düşüncələri, günümüzdə necə sağlam yaşamaq olar haqqında fikirlər səsləndiriblər. Mözvu ilə bağlı təlimçilər öz təcrübələrini bölüşüblər. Sağlam yaşamağın sirləri nədir? İnsanlar sağlam yaşamağa məcburdularmı? sualları ətrafında tədbir iştirakçıları ilə birlikdə müzakirələr aparılıb. Auditoriyanın bu mövzuda fikirləri öyrənilib, suallar cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media