https://innews.media/uploads/news/2024-02/_innews_abb3139aeaa5002b0435f0374_o.jpg
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət basketbol millimiz, İsveçrə ilə oyun öncəsi hazırlıq oyununda öz gücünü sınaqdan keçirib.
Yığma komandamız Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə keçirdiyi yoxlama oyununda 72-57 hesablı rahat qələbə qazanıb. Millimizin heyətində ən məhsuldar basketbolçu, 14 xal və 4 ribaund toplamış kapitan Amil Həmzəyev seçilib.
Qeyd edək ki, təlim-məşq toplanışı 21 fevral tarixinə qədər davam edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin