logo
"Abşeron" "Milli Aviasiya Akademiyası"na qalib gəldi

"Abşeron" "Milli Aviasiya Akademiyası"na qalib gəldi

"Abşeron" "Milli Aviasiya Akademiyası"na qalib gəldi "Abşeron" "Milli Aviasiya Akademiyası"na qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 13-cü turun daha bir oyunu keçirilib. Bu gün GİN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları arasında olub.

İlk setdən təşəbbüsə yiyələnən “Abşeron” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, “AZERRAIL” 33 xalla (11 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 27 xalla (9 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Qeyd edək ki, turun son oyunu fevralın 17-də keçiriləcək. UNEC öz meydanında “Gəncə” klubunu qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

13 fevral

Yüksək Liqa (qadınlar)

XIII tur

14 fevral

“Milli Aviasiya Akademiyası” - “Abşeron” 0:3 (10:25, 22:25, 17:25)

17 fevral

15:00. UNEC - “Gəncə” (UNEC-in idman zalı)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media