https://innews.media/uploads/news/2024-02/_innews_ed739d9832e8adf7326725a58_o.jpg
Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan yığması yarışa hazırlığı Misirdə davam etdirəcək.
Komanda bu məqsədlə bu gün Şarm əl-Şeyx şəhərinə yola düşüb.
Milli burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcək. U-18 bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışına 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
AÇ-2024 bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin