logo
Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti orta tibb personalı üçün təlim keçib

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti orta tibb personalı üçün təlim keçib

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti orta tibb personalı üçün təlim keçib Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti orta tibb personalı üçün təlim keçib

15 fevral 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalının infeksionisti, uzman həkim Dr.Mədinə Abdullayeva “Tibb işçilərinin peşə sağlamlığı və təhlükəsizliyi” mövzusunda təlim keçib. Təlimdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr.Nabil Seyidov, Hospitalın tibb bacıları və tibb qardaşları iştirak ediblər.

Dr.Mədinə Abdullayeva “Tibb işçilərinin peşə sağlamlığı və təhlükəsizliyi” mövzusunda təqdimatında tibb işçiləri üçün peşə riskləri və bioloji risklər haqqında ətraflı məlumat verərək, tibb işçilərinin müxtəlif infeksiyaları alma yollarını, bu respirator infeksiyalardan qorunma üsullarını, qan patogenlərinin tibb işçilərini yoluxdurma yollarını izah edib, həmçinin, iti cisimlərin zədələmələrindən qorunması üçün lazımi tədbirlərin həyata keçirilməsindən danışıb.

Dr.Mədinə Abdullayeva eyni zamanda tibb işçilərinə hansı peyvəndlərin vurulmasının zəruriliyi barədə də öz tövsiyələrini verib. Təlim orta tibb işçiləri tərəfindən maraqla qarşılanıb, təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media