logo
Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri keçib

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri keçib

Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri keçib Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərini şəhid ailələri keçib

Gənclərə milli mənlik şüurunun aşılanması, onların vətənpərvər ruhda tərbiyə olunması məqsədilə Naxçıvan Dövlət Universitetində yaz semestrinin ilk dərslərində tələbələr şəhid ailələrini dinləyiblər.

Ali təhsil müəssisəsində şəhid ailələri və qazilərlə mütəmadi olaraq baş tutan görüşlərin, “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birlikləri ilə birgə təşkil edilən tədbirlərin davamı olaraq həyata keçirilən bugünkü layihə vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini və bu yolda sağlamlığını itirən qazilərimizin fədakarlıqlarını əbədiləşdirmək məqsədi daşıyır.

Bu gün səhər saatlarından başlayaraq universitetin bütün fakültələrində ilk dərslərə daxil olan şəhid ana-ataları tələbələrə torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən övladlarının həyatından, döyüş yolundan danışıblar. Onlar gənclərimizi milli və vətənpərvər ruhda yetişməyə, daim ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumağa səsləyiblər.

Şəhid ailələri, eyni zamada, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kolleclərdə də dərs prosesində iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media